Çinin Suçjou şəhərində əlverişsiz hava şəraiti səbəbindən magistral yolun buz bağlayan hissəsində 100-dən çox avtomobil bir-birinə çırpılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nəticədə çoxlu sayda insan xəsarət alıb.
Dövlət televiziyası tərəfindən yayımlanan görüntülərdə onlarla avtomobilin şossedə təsadüfən dayanması və bir avtomobilin havada ciddi bucaq altında aşması əks olunub.
Əfsanə Rəcəb
Manşet.az