ABŞ Prezidenti Co Bayden ölkəsinin Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq edəcəyini təsdiq edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında Co Baydenin adınadan yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, həmçinin yeni sanksiyalar çərçivəsində ABŞ Rusiyanın enerji resurslarından əldə etdiyi gəlirləri azaltmaq üçün addımlar atacaq.
Bildirilir ki, ABŞ Rusiyaya dəstəyinə görə 100 şirkətə qarşı ixrac məhdudiyyətləri də tətbiq edəcək.