ABŞ-ın Alabama ştatının məhkəməsi dondurulmuş embrionların da uşaq hesab edilməsinə qərar verib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, embrionların məhv edilməsi haqsız uşaq ölümü kimi cinayətə çevrilib.
Beləki, ABŞ-ın Alabama ştatındakı doğum mərkəzində üç cütlük in vitro mayalanma müalicəsi alıb. Onların qalan embrionları da dondurulub. Lakin 2020-ci ilin dekabr ayında başqa bir xəstə dondurulmuş embrionların saxlandığı yerə daxil olub.
Qapıdakı təhlükəsizlik boşluğundan istifadə edən şəxs, embrionların saxlandığı “kriogen körpələr evi”ndən bir neçə embrionu çıxarıb. Lakin embrionlar son dərəcə aşağı temperaturda saxlandığı üçün xəstənin əli “yanmaq üçün donub”. Bu səbəbdən əlində tutduğu embrionların bir qismi yerə düşərək istifadəyə yararsız hala gəlib. Həmin embrionların sahibləri ölüm səbəbi ilə məhkəmədə iddia qaldırıblar. Yerli məhkəmə embrionların insan və ya uşaq anlayışına uyğun gəlmədiyini müəyyən edib və onların tələbini rədd edib.
Əfsanə Rəcəb
Manşet.az