İngiltərədə Vesper adlı axtarış-xilasetmə iti ölkədə keçirilən Qəhrəman Köpək 2024 Mükafatının finalına yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vesper fevralın 6-da baş verən zəlzələdən sonra Türkiyədə Böyük Britaniya Beynəlxalq Axtarış və Xilasetmə (UK ISAR) komandası ilə birlikdə axtarış-xilasetmə işlərində həyat qurtarıb.
4 yaşlı belçikalı çoban iti Vesper 8 nəfərin dağıntılar altından sağ çıxmasına kömək edib. Səsvermə martın 10-da başa çatacaq.
Əfsanə Rəcəb
Manşet.az