Ermənistanın KTMT PA-dakı nümayəndələri Belarus parlament seçkilərinə getmədi

18:52 - 24 Fevral 2024

Ermənistanın KTMT PA-dakı nümayəndələri Belarus parlament seçkilərinə getmədi

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasındakı nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyib.

 

Manset.az  xəbər verir ki, bu barədə “RİA Novosti” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) parlament assambleyasının bu tədbirdəki missiyasının koordinatoru Əlişir Ərbayevə istinadən məlumat yayıb.

“KTMT-dən Ermənistan istisna olmaqla, demək olar ki, bütün ölkələrdən müşahidəçilər var”, - o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az