Ukrayna Kanada ilə təhlükəsizlik sazişi imzaladı

20:13 - 24 Fevral 2024

Ukrayna Kanada ilə təhlükəsizlik sazişi imzaladı

Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin saytında dərc olunub.

Sənədə əsasən, Ottava 2024-cü il ərzində Kiyevə 3 milyard Kanada dollarından (2,22 milyard ABŞ dolları) makromaliyyə və müdafiə yardımı göstərməyi öhdəsinə götürür. Bundan əlavə, saziş Kanadanın Ukraynanın NATO-ya gələcək üzvlüyünə dəstəyini təsdiqləyir.

“Bu, güclü və vaxtında qəbul edilmiş qərardır, dayanıqlılığımızı gücləndirməyə mühüm töhfədir”, - Zelenski sənədin imzalanmasını şərh edib.

Fevralın 24-də Castin Trüdo İtaliyanın baş naziri Giorgia Meloni, Belçikanın baş naziri Alexander de Croo və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birlikdə Kiyevə gəlib. Səfərlə onlar Ukrayna ilə həmrəylik ifadə etmək niyyətindədirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az