Ötən ilin sonunda bir çox layihədən uzaqlaşdırılan Rusiyanın Xalq artisti Filip Kirkorov işlərini geri qaytarmağa davam edir.
Manset.az Axşam.az -a istinadən xəbər verir ki, bu dəfə onun TNT kanalında "Конфетка" şousuna qayıdacağı açıqlanıb. Onun hansı buraxılışda səhnəyə çıxacağı hələ dəqiqləşməyib. Bundan əvvəl Kirkorovun "Maska" şousunda münsif kürsüsündə oturacağı da açıqlanmışdı.
Uzun müddət ABŞ-da qalan və Moskvaya qayıdan ifaçının müharibədə yaralanan əsgərlər qarşısında çıxış etməsi, onlara yardım gətirməsi müsbət qarşılanıb. O, yaralı əsgərlərə lazım olan protezlərin pulunu ödəyəcəyini deyib. Daha sonra valideyn himayəsindən məhrum olan uşaqlara baş çəkib. Bu addımlardan sonra Kirkorov uzaqlaşdırıldığı layihələrə geri çağrılmağa başlayıb.
Qeyd edək ki, aparıcı Nastya İvleevanın çılpaq partisinə qatılan Kirkorov tənqid edilib. Pop kralın karyerası dönməz şəkildə çökdü: o, bütün bayram proqramlarından uzaqlaşdırılıb, konsertləri ləğv edilib, yeni layihələrə fasilə vermişdi. Nəticədə sənətçi Yeni ili səhnədə deyil, evdə, çətin dövrdə ondan üz döndərməyən ailə və yaxın dostlarının əhatəsində qarşılayıb və bayramdan sonra ölkəni tərk edib. Kirkorov ABŞ-a gedib, bir müddət orada qalıb.