Evdən işləyən arvadının iş zənglərini dinləyən kişi sərvət qazandı - Qanunsuz əməlinə görə tərk edildi

12:55 - 26 Fevral 2024

Evdən işləyən arvadının iş zənglərini dinləyən kişi sərvət qazandı - Qanunsuz əməlinə görə tərk edildi

ABŞ-da Tayler Loudon adlı bir kişi evdən işləyən arvadının telefon danışıqlarını dinləyərək əldə etdiyi biznes məlumatları ilə 1,8 milyon dollar qazanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkətdə satınalma meneceri işləyən Emili Kraus erinin qanunsuz əməlindən sonra onu tərk edib.

Beləki, Loudon evdən işləyən həyat yoldaşı Emili Krausun telefon zənglərini dinləyərək, şirkətin başqa bir şirkəti ələ keçirmək planı ilə bağlı məlumatı əldə edib.   

Qiymətli Kağızlar və Birja Komissiyası Loudonu məxfi biznes məlumatlarını sızdırmaqla ticarət və qazanc əldə etdiyinə görə məhkəməyə verib.

Loudon bu məlumatlardan istifadə edərək aldığı səhmlərdən 1,8 milyon dollar qazanıb.

Əri transferdən əvvəl sözügedən şirkətdən 46 min 450 səhm alıb.

Qadın ərinin onun icazəsi olmadan və ondan xəbəri olmadan kommersiya məlumatlarından istifadə etdiyini anlayanda şirkətinə məlumat verib. Krausun bütün yazışmaları və mesajları araşdırılıb. Heç bir şübhəli vəziyyət aşkar edilməyib. Lakin Kraus diqqətsiz davranışına görə işdən çıxarılıb. Onun ərinə qarşı haqsız üstünlük iddiası da qaldırılıb. Loudon ittihamları etiraf edib.

O da qazandığı puldan imtina edib, cərimə ödəməyə razılaşıb. Ancaq “arvadımın az işləməsi üçün belə etdim” deyən Kraus ərini bağışlamayıb. Qadın evi tərk edib və ərinə qarşı boşanma iddiası qaldırıb.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az