XİN Ukrayna ilə bağlı məlumat yaydı

19:00 - 29 Aprel 2024

XİN Ukrayna ilə bağlı məlumat yaydı

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiti Yuriy Husyev ilə görüşüb.

 

Bu barədə Manset.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfir ilk öncə etimadnaməsinin surətlərini təqdim edib.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az