Dünyaca məşhur fast food şəbəkəsi KFC İsrailə qarşı tətbiq edilən boykotdan ağır zərbə alıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, KFC Malayziyada edilən boykot səbəbindən ölkədəki bütün filiallarını bağlamalı olub.
Malayziyada KFC və Pizza Hut franşizalarını idarə edən QSR Brands (M) Holdings Bhd açıqlamasında, "çətin iqtisadi şərtlərə cavab olaraq" KFC satış məntəqələrini müvəqqəti bağlayıb.
KFC-nin Malayziyada neçə mağazanı bağladığı açıqlanmasa da, yerli mətbuatda 100-dən çox mağazanın müvəqqəti bağlandığı bildirilib.
Əfsanə Rəcəb
Manşet.az