ABŞ-da Harvard Universitetində keçirilən buraxılış mərasimində tələbələr Fələstinə dəstək nümayişində iştirak edən tələbələrə məktəb rəhbərliyinin diplom verməməsinə etiraz ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mindən çox tələbə “Azad Fələstin” şüarları səsləndirərək mərasimi tərk edib.
Sözügedən 13 tələbənin diplomlarını ala bilməsi üçün 1500-dən çox tələbə və 500-ə yaxın universitet professoru və əməkdaşı imza toplayıb.
Onlar məktəb rəhbərliyinin ifadə azadlığına və vətəndaş hüquqlarına qarşı dözümsüzlüyündən dərin məyus olduqlarını bildiriblər.
Əfsanə Rəcəb
Manşet.az