98 ölkədə "iPhone" sahiblərinə xəbərdarlıq edildi

17:33 - 11 İyul 2024

98 ölkədə \"iPhone\" sahiblərinə xəbərdarlıq edildi

"Apple" şirkəti 98 ölkədəki "iPhone" istifadəçilərini haker hücumları barədə xəbərdar edib.

 

Manset.az "TechCrunch"ə istinadən xəbər verir ki, bu, şirkətin 2024-cü ildə ikinci xəbərdarlığıdır.

Əvvəlki xəbərdarlıq aprel ayında olub və 92 ölkəni əhatə edib.

İstifadəçilərə göndərilən bildirişdə ""Apple" sizin "Apple ID"nizlə əlaqəli "iPhone"u uzaqdan pozmaq üçün nəzərdə tutulmuş məqsədyönlü casusluq hücumunun qurbanı olduğunuzu aşkar etdi" sözləri qeyd olunub.

Xatırladaq ki, şirkət 2021-ci ildən etibarən risk altında olan 150-dən çox ölkədəki istifadəçilərə mütəmadi olaraq oxşar bildirişlər göndərir. 

 

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az