ABŞ prezidenti Co Baydenin həkimi Covid-19 testinin mənfi olduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Covid-19-a yoluxan ABŞ prezidenti sağalıb. Onun həkimi həyati əlamətlərinin xəstəlik boyu normal qaldığını bildirib. Həkim Baydenin Covid-19-a yenidən yoluxması halında nəzarət altında olmağa davam edəcəyini və prezidentlik vəzifələrini yerinə yetirməyə davam etdiyini söyləyib.