"Türkiyə "İnstagram"ın fəaliyyətini bərpa etməyə hazırdır, öncə üzr istənilməlidir" - Nazir

15:00 - 06 Avqust 2024

\"Türkiyə \"İnstagram\"ın fəaliyyətini bərpa etməyə hazırdır, öncə üzr istənilməlidir\" - Nazir

Türkiyə hökuməti “İnstagram”ın fəaliyyətini bərpa etməyə hazırdır.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün “Meta” şirkəti əvvəlcə üzr istəməlidir: “Çünki heç bir xəbərdarlıq edilmədən paylaşımlar silinib”.

Nazir müzakirələrin davam etdiyini və prosesin diqqətlə izlənildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instagram"ın qadağa qoyması göstərilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az