Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi Qəzzada başladılan poliomielit peyvəndi kampaniyasında təxminən 530 min uşağın peyvənd edildiyini açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmilərdən verilən açıqlamada qeyd edilib:
"Bütün çətinliklərə baxmayaraq səhiyyə işçilərimizin fədakar əməyi sayəsində Qəzzanın şimalında poliomielit peyvəndi kampaniyası davam edir .
İndiyə qədər Qəzza zolağı boyunca təxminən 530 min uşaq peyvənd olunub və biz 10 yaşından kiçik bütün uşaqlara çatmaq üçün gecə-gündüz işləməyə davam edirik".