Tailand hökuməti iqtisadi artımı stimullaşdırmaq üçün əhaliyə ümumilikdə 4,4 milyard dollar (7,50 milyard manat) məbləğində nağd pul ödəyəcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ödənişlər ölkədə 14,6 milyon insana, yəni 12,4 milyon dövlət sosial sığorta kartı sahibinə və 2,15 milyon əlil insana veriləcək.
Qeyd edək ki, ödəniş prosesinin sentyabrın sonunadək başa çatdırılması gözlənilir.