Almaniya hökuməti İranın ölkədəki bütün baş konsulluqlarını bağlamaq qərarına gəlib.
Manset.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb .
Onun məlumatına görə, söhbət Frankfurt-Mayndə, Hamburqda və Münhendəki diplomatik nümayəndəliklərdən gedir. İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək. Almaniya hakimiyyətinin bu qərarı İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxdın İranda edam edilməsinə reaksiyadır.