Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin elan etdiyi ticarət müharibəsi ilə əlaqədar çərşənbə axşamı ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcəyini bildirib.
Manset.az xəbər verir ki, bu barədə Maduro jurnalistlərə açıqlamasında deyib.
"Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün iqtisadi fövqəladə vəziyyət haqqında konstitusiya fərmanı imzalayacağam".
Venesuela lideri hesab edir ki, ABŞ hökuməti qlobal iqtisadi qaydaları pozur, beynəlxalq ticarət-iqtisadi hüququ və Ümumdünya Ticarət Təşkilatını məhv edir. O qeyd edib ki, maliyyə bazarlarının çökməsi bütün dünyaya, xüsusən də Amerika xalqına təsir edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal avtomobillərinə 25%-lik gömrük rüsumları tətbiq edib.Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.