Yaponiya ABŞ-nin tariflərinə cavab vermək niyyətində deyil

10:31 - 08 Aprel 2025

Yaponiya ABŞ-nin tariflərinə cavab vermək niyyətində deyil

Yaponiyanın baş naziri Şiqeru İşiba ABŞ-nin rüsumlarına cavab olaraq hər hansı cavab tədbiri görmək niyyətində deyil və problemi sərt danışıqlar yolu ilə həll etməyə sadiqdir.


Manset.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi"hökumətdəki mənbələrə istinadən məlumat yayıb .

Bununla əlaqədar, Baş nazir İşiba, Tokiodakı iqamətgahında ABŞ-nin tətbiq etdiyi artan ticarət tarifləri ilə bağlı tədbirlər hazırlamaq üçün birgə qərargahın ilk iclasını keçirib. O, həmçinin İqtisadiyyatın bərpası naziri Ryosey Akazavanı hökumətin Vaşinqtonla danışıqlar üzrə xüsusi nümayəndəsi təyin edib.

Agentliyin məlumatına görə, qərargahın bütün kabinet üzvlərinin iştirakı ilə keçirilən iclasında baş nazir vurğulayıb ki, o, diplomatik vasitələrlə Vaşinqtonun Yaponiyanın bütün ixrac mallarına tətbiq etdiyi artırılmış rüsumlara yenidən baxmağa çalışacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az