"Yeni pandemiyanın yayılması qaçılmazdır" - ÜST rəhbəri

11:17 - 08 Aprel 2025

\"Yeni pandemiyanın yayılması qaçılmazdır\" - ÜST rəhbəri

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, dünya gec-tez yeni pandemiya ilə üzləşəcək. Onun sözlərinə görə, bu, “nəzəri risk deyil, epidemioloji əminlikdir”.


Manset.az xəbər verir ki, o, bu məsələni pandemiyanın qarşısının alınmasına dair saziş hazırlayan Hökumətlərarası Danışıqlar Orqanının 13-cü sessiyasında qaldırıb.

Qebreyesus xatırladıb ki, koronavirus pandemiyası zamanı dünyada rəsmi olaraq 7 milyon insan dünyasını dəyişib, baxmayaraq ki, ÜST qurbanların sayını 20 milyon təşkil edir.  Təşkilat rəhbəri pandemiyanın qlobal iqtisadiyyatda 10 trilyon dollardan çox vəsaiti məhv etdiyini də qeyd edib.

O, qeyd edib ki, növbəti pandemiya 20 il və ya daha çox, hətta sabah başlaya bilər. "Ancaq bu baş verəcək və hər halda hazır olmalıyıq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az