Bu dərmanlar Alzheimerin qarşısını ala bilər - ARAŞDIRMA

14:38 - 25 İyul 2025

 Bu dərmanlar Alzheimerin qarşısını ala bilər - ARAŞDIRMA

ABŞ-də aparılan araşdırma, xərçəng müalicəsində istifadə edilən letrozol və irinotekan dərmanlarının Alzheimer xəstəliyinin beyinə təsirini azaldacağını göstərib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu dərmanlar artıq FDA tərəfindən təsdiqlənib. Bu da klinik sınaqların yaxın zamanda başlanmasına imkan verir.

Kaliforniya Universiteti və Gladstone İnstitutlarının birgə apardığı tədqiqatda, letrozol və irinotekanın siçanlar üzərində Alzheimer xəstəliyinə səbəb olan tau proteinlərinin yığınlarını azaltdığı və öyrənmə, yaddaş funksiyalarında irəliləyişlər yaratdığı aşkar edilib. Bu dərmanlar beyində fərqli hüceyrələrə təsir göstərərək xəstəliyin müxtəlif aspektlərini eyni anda hədəf alır.

Tədqiqatçılar dərmanların Alzheimer müalicəsində tətbiqi üçün növbəti addımın klinik sınaqlar olduğunu qeyd edirlər. Bu inkişaf, milyonlarla Alzheimer xəstəsi üçün yeni bir ümid ola bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az