Əfqanıstanda ölənlərin sayı 800-ü ötdü

12:29 - 01 Sentyabr 2025

Əfqanıstanda ölənlərin sayı 800-ü ötdü

Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində baş verən 6,0 bal gücündə zəlzələ nəticəsində azı 800 nəfər həyatını itirib, 1555 nəfər isə xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə Əfqanıstanın İnformasiya Nazirliyi məlumat yayıb.

Gecə saatlarında baş verən təbii fəlakət nəticəsində bir sıra ərazilərdə torpaq sürüşmələri qeydə alınıb, bu da yolların bağlanmasına səbəb olub. Ən çox zərər görən bölgələrdə axtarış-xilasetmə işləri vertolyotların köməyi ilə həyata keçirilir.

Rəsmilər ölənlərin sayının artacağından ehtiyat edirlər. Zəlzələnin təsiri qonşu Pakistanın paytaxtı İslamabadda da hiss olunub.

Hazırda hadisə bölgəsində xilasetmə və yardım işləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az