Yaşlı vətəndaş belə aldadıldı - 10 milyonluq fırıldaq

16:40 - 08 Oktyabr 2025

Yaşlı vətəndaş belə aldadıldı - 10 milyonluq fırıldaq

Manisanın Salihli rayonunda özlərini polis və prokuror kimi təqdim edən və telefonda “Adın FETÖ terror təşkilatı ilə əlaqələndirilib” deyən fırıldaqçılar 67 yaşlı kişinin 10 milyon lirəsini oğurlayıb


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Salihlinin Yörük Məhəlləsində baş verib. İddiaya görə, şübhəlilər 67 yaşlı İ.K.-nı "Adın FETÖ terror təşkilatı ilə əlaqələndirilib" deyərək onu qorxudub. Bunu eşidərək panikaya düşən vətəndaş 10 milyon lirəlik bütün əmanətini özlərini polis və prokuror kimi təqdim edən fırıldaqçılara təhvil verib.

Zərərçəkmiş aldadıldığını anladıqdan sonra polisə xəbər verib. Faktla bağlı Salihli Baş Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb, polis şübhəlilərin tutulması istiqamətində əməliyyata başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az