İstanbulun Ataşehir rayonundakı fabrikdə baş verən yanğın panikaya səbəb olub. Yanğın zamanı xəsarət alan bir işçi xəstəxanaya aparılıb.
Manset.az xəbər verir ki, yanğın İstanbulun Ataşehir səmtinin Ferhatpaşa məhəlləsində mətbəx və hamam ləvazimatları istehsal edən fabrikdə kartonun alışması nəticəsində baş verib.
Alov sürətlə yayılaraq yanğınsöndürənlər və təcili tibbi yardım briqadalarını hadisə yerinə cəlb edib.
Alovun söndürülməsi üçün Ataşehir və ətraf rayonlardan da yanğınsöndürənlər gəlib.