Madriddə 6 mərtəbəli bina uçdu - Ölənlər var

17:50 - 08 Oktyabr 2025

Madriddə 6 mərtəbəli bina uçdu - Ölənlər var

İspaniyanın paytaxtı Madriddə altı mərtəbəli binanın uçması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə mehmanxanaya çevirmək üçün tikinti işləri aparılan altı mərtəbəli binada dünən çökmə baş verib.

Dağıntılar altından dörd nəfərin cəsədi çıxarılıb, üç işçi isə yaralanıb. Ölənlər Ekvador, Mali və Qvineyadan olan bir memar və üç işçidir.

Madrid meri Xose Luis Martinez-Almeyda bildirib ki, binanın üst mərtəbəsi saat 13:00 radələrində uçub. Dünən yerli saatla və daha sonra alt qatlarda çökmələr meydana gəldi.

Madrid şəhərinin mərkəzində, opera binasının və kral sarayının yaxınlığında yerləşən turizm bölgəsində yerləşən keçmiş ofis binası 4 ulduzlu otelə çevrilirdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az