ABŞ Prezidenti Donald Tramp Qəzzada sülh razılaşmasına vasitəçilik edən ölkələrə və tərəflərə təşəkkür edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bəyanatında belə deyib:
"Bu tarixi və misli görünməmiş hadisənin baş verməsi üçün bizimlə birlikdə çalışan Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik."
Tramp, sözügedən razılaşmanın ərəb və müsəlman dünyası, İsrail, ABŞ və region ölkələri üçün çox önəmli olduğunu vurğulayıb.