"Google" texnologiya şirkəti Belçikada bulud və süni intellekt infrastrukturunun inkişafı üçün 5 milyard avro sərmayə qoyacağını açıqlayıb.
"Google bulud və süni intellekt infrastrukturunu genişləndirmək üçün növbəti iki il ərzində Belçikaya əlavə 5 milyard avro sərmayə qoyacaq", - deyə məlumatda bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada əlavə investisiyanın ölkədə data mərkəzinin genişləndirilməsini də əhatə edəcəyi və bu çərçivədə 300 əlavə iş yerinin yaradılacağı qeyd edilib.
Açıqlamada Belçikada külək enerjisinə də investisiyaların ediləcəyi və elektrik şəbəkəsinin təmiz enerji ilə dəstəklənəcəyi qeyd edilib.
"Google"un Belçikanın Saint-Ghislain şəhərində təxminən 11 milyard avro sərmayə ilə qurduğu və 600 işçisi olan böyük bir məlumat mərkəzi var.