Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin dünya müharibəsinə başlaya biləcəyini deyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.
Zelenski Rusiya ordusunun ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini və son vaxtlar Ukraynada enerji infrastrukturlarının hədəfə alındığını bildirib.
Zelenski bildirib ki, son bir ayda ruslar təkcə Poltava, Çerniqov və Sumı vilayətlərində enerji infrastrukturuna 1500 dəfədən çox hücum ediblər.