İsraillə atəşkəsə razılaşan Həmas bəyanat yayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatı HƏMAS lideri Xəlil əl-Həyya verib.
O, "Qəzzada daimi atəşkəs başladılıb. 250 məhbus və 1700 Qəzza məhbusu, həmçinin bütün uşaq və qadınlar azad ediləcək. Rəfah sərhəd keçid məntəqəsi də ikitərəfli şəkildə açılacaq" - deyib.
Təhlükəsizlik kabinetini toplayan İsrail isə rəsmi açıqlama verməyib.