Netanyahudan təəccüblü açıqlama - "Müharibə hələ bitməyib"

17:25 - 10 Oktyabr 2025

Netanyahudan təəccüblü açıqlama - \"Müharibə hələ bitməyib\"

İsrail və HƏMAS arasında atəşkəs rəsmi olaraq saat 12:00-da başladığı bir vaxtda baş nazir Benyamin Netanyahu təəccüblü açıqlama verib. İsrail ordusunun geri çəkildiyi və qəzzalıların evlərinə döndüyü görüntülərin yayılmasına baxmayaraq Netanyahu "Müharibə hələ bitməyib" deyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail və HƏMAS Qəzza Planının birinci fazası ilə bağlı razılığa gələrkən, Misirdə imzalanan atəşkəs razılaşmasından sonra bu gün diqqətçəkən inkişaflar yaşanıb.

İsrail ordusu Qəzzadan çəkilməyə başlayanda minlərlə fələstinli evlərinə qayıtmağa başlayıb. Lakin İsrailin baş naziri Benyamin Netanyahunun mesajları vəziyyəti daha da qarışdırıb. Netanyahu, "Müharibə hələ bitməyib. Qəzza asan yolla deyil, çətin yolla tərksilah ediləcək. HƏMAS tamamilə tərksilah olunmayana qədər Qəzzadan çəkilməyəcəyik" dedi.





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az