Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir

22:57 - 11 Oktyabr 2025

Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir

Əfqanıstanla Pakistanı ayıran Dürand xəttinin bir neçə sektorunda Pakistan əsgərləri ilə əfqan Taliban silahlıları arasında intensiv toqquşmalar davam edir.


Manset.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən “Tolo news” portalı məlumat yayıb.

    Portalın məlumatına görə, şiddətli toqquşmalar Talibanın bir neçə istiqamətdən Pakistan ordusunun sərhəd postlarına hücumundan sonra başlayıb.

    Hər iki tərəf artilleriyadan istifadə edir, hərbi mövqeləri atəşə tutur.

    Son məlumatlara görə, iki Pakistan əsgəri və beş Taliban silahlısı öldürülüb. Pakistan qırıcılarının da səmaya qaldırıldığı bildirilir.

    Vəziyyət son dərəcə gərgin olaraq qalır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az