ABŞ-də dəhşətli PARTLAYIŞ - 16 nəfər öldü 

10:00 - 12 Oktyabr 2025

ABŞ-də dəhşətli PARTLAYIŞ - 16 nəfər öldü 

Tennessi ştatında hərbi partlayıcılar istehsal edən "Accurate Energetic Systems" zavodunda baş verən partlayış nəticəsində 16 nəfər həlak olub.


Manset.az Trend-ə istinadən bildirir ki,  bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, həlak olanların ailələrinə artıq məlumat verilib.

Müstəntiqlər yanan binada sübutların toplanması üzərində çalışırlar, lakin partlayışın səbəbi hələ müəyyən edilməyib.

Hadisə oktyabrın 10-da səhər saatlarında baş verib. NBC News-un yaydığı peyk görüntülərinə əsasən, zavod binası tamamilə dağılıb və ərazidə yalnız səpələnmiş dağıntılar qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az