Trampdan diqqət çəkən açıqlama - Qəzzada atəşkəs davam edir? 

10:35 - 20 Oktyabr 2025

Trampdan diqqət çəkən açıqlama - Qəzzada atəşkəs davam edir? 

ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin qüvvədə olduğunu və İsrailin Qəzzaya zərbələr endirməkdə davam etdiyi bir vaxtda HƏMAS rəhbərliyinin “atəşkəs rejiminin pozulmasında iştirak etmədiyini” bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp Floridadan paytaxt Vaşinqtona qayıdarkən təyyarədə mətbuat mənsublarına müraciət edib.

Qəzzada atəşkəsin hələ də qüvvədə olub-olmaması ilə bağlı suala Tramp “Bəli, belədir” cavabını verib.

İsrailin davam edən hücumlarını şərh etməyən Tramp, HƏMAS rəhbərliyinin "atəşkəs pozuntusuna qarışmadığını" bəyan etdi və HƏMAS daxilindəki bəzi üsyançı qrupları günahlandırdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az