Tekirdağın Hayrabolu rayonunda qəbiristanlıqdan mərmər oğurlamaqda təsbit edilən şübhəli polis qrupları tərəfindən yaxalanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, alınan məlumata görə, Hayrabolu qəbiristanlığında bəzi məzar daşlarının əskik olduğunu görən səlahiyyətlilər vəziyyəti polisə çatdırıblar.
Hayrabolu Rayon Polis Şöbəsi qruplarının başlatdığı araşdırmalarda, hadisə ilə əlaqəsi olduğu düşünülən Aydınevlər Məhəlləsində M.B. adlı şübhəli müəyyən edilib.
Şübhəlinin ünvanına basqın edən qruplar evin bağçasında yatan 81 qəbir daşı ələ keçirib. İstintaq davam edir.