DƏHŞƏT! Məscidin həyətindən uşaq cəsədi tapıldı

23:10 - 23 Oktyabr 2025

DƏHŞƏT! Məscidin həyətindən uşaq cəsədi tapıldı

Şanlıurfanın Siverek rayonunda məscidin bağçasında basdırılmış yeni doğulmuş oğlan uşağının meyiti tapılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fırat məhəlləsindəki Fırat məscidinin bağçasında ting əkmək üçün qazıntı aparan uşaqlar torpağa basdırılmış körpə cəsədi tapıblar.

Məlumatdan sonra əraziyə polis və tibb işçiləri göndərilib. Müayinədən sonra körpənin yeni doğulmuş olduğu müəyyən edilib.

Prokurorun hadisə yerində araşdırmasından sonra körpənin cəsədi Siverek Dövlət Xəstəxanasının morquna aparılıb.

Ərazidəki təhlükəsizlik kameralarını araşdıran polis qrupları körpəni basdıran şəxs və ya şəxslərin müəyyən edilməsi üçün işlərə başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az