2 ölkə arasında GƏRGİNLİK - "Biz azaldacağıq"

16:50 - 28 Oktyabr 2025

2 ölkə arasında GƏRGİNLİK - \"Biz azaldacağıq\"

Litvanın baş naziri İnqa Ruqiniene bəyan edib ki, Belarusdan ölkənin hava məkanını pozan qaçaqmalçılıq balonları artıq Litva hərbçiləri tərəfindən vurula bilər. Bu qərar həftə sonu hava məkanının pozulması səbəbindən hava limanlarının yenidən bağlanmasından sonra verilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ruqiniene Milli Təhlükəsizlik Komissiyasının iclasından sonra mətbuata açıqlamasında deyib:

“Bu gündən etibarən ordu düşməni, yəni bu şarları vurmaq üçün bütün lazımi tədbirləri görəcək, lazım gələrsə, kinetik müdaxilələr də edəcək. Biz hava məkanımızın pozulmasına qarşı ən sərt tədbirləri görməyə hazır olduğumuzu bir daha nümayiş etdiririk”, - deyə baş nazir bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az