İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına "dərhal və güclü zərbələr endirməyi” tapşırıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisindən bildirilib.
Qərarın "İsrail ordusunun Qəzza zolağının cənubunda hücuma məruz qalmasından qısa müddət sonra və HAMAS-ın girovların meyitlərinin qaytarılması ilə bağlı növbəti pozuntuları" fonunda verildiyi bildirilib.