Ankarada uşaqları ilə gəzintiyə çıxan ata güclü külək və tornado nəticəsində aşmış konteynerin altında qalaraq həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ayaş rayonu İlhanköy məhəlləsində ata Üçlər K. piknik etmək üçün üç uşağı ilə birlikdə hobbi bağçasına gələrək manqal yandırıb.
Güclü külək və yağış səbəbindən uşaqlar hobbi bağçasında konteyner evə sığınıblar.
Az sonra gün ərzində davam edən güclü külək və tornado bağdakı konteyner evi aşıb.