İsrailin atəşkəsi pozması və Qəzzaya hücumları nəticəsində 91 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Baş Nazirlik Ofisi, "Təhlükəsizliklə bağlı məsləhətləşmələr nəticəsində Baş nazir Netanyahu hərbçilərə Qəzzaya dərhal şiddətli hücumlar təşkil etməyi tapşırıb " deyə bəyanat yayıb. İsrail hərbçilərinin bu əmrə əsasən Qəzzaya hava hücumları təşkil etdiyi bildirilib.
Fələstin mətbuatında yer alan xəbərlərə görə, dünən gecədən bəri İsrail ordusunun hücumları nəticəsində 91 nəfər ölüb, çox sayda insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu və dağıntılar altında itkin düşmüş insanların olduğunu bildirən səlahiyyətlilər, ölənlərin sayının arta biləcəyini bildirib.