Yaşlı qadın kimsəsiz adada yaddan çıxdı - Meyidi tapıldı

17:40 - 29 Oktyabr 2025

Yaşlı qadın kimsəsiz adada yaddan çıxdı - Meyidi tapıldı

Avstraliyada bir kruiz gəmisi tərəfindən kimsəsiz bir adada qapalı vəziyyətdə qalan 80 yaşlı qadın ertəsi gün ölü tapılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyada Coral Adventurer kruiz gəmisində filmə bənzər bir hadisə baş verdi. Gəmi Böyük Sədd rifindəki Kərtənkələ adasına yanaşarkən, adada 80 yaşlı bir qadın qalıb. Gəmi yaşlı qadını tərk edərək yola düşdü.


BBC-nin məlumatına görə , şənbə günü yaşlı qadın dincəlmək üçün adaya gəzintiyə enən qrupdan ayrılıb və onun yoxluğu bir müddət diqqətdən kənarda qalıb.

Gəmi gün batımında adanı tərk etdi. Qadının yoxluğu bir neçə dəqiqədən sonra hiss olunub. Gəmi dərhal adaya qayıtsa da, gözlənilməz vəziyyətlə qarşılaşıb.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az