İsrail ordusu Qəzza zolağında növbəti bir hədəfə dəqiq zərbə endirib.
Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Məlumata görə, hədəf anklavın şimal hissəsindəki Beyt Lahiya şəhəri yaxınlığında yerləşib.
İsrail ordusu hədəfin silahların saxlanıldığı hərbi obyekt olduğunu iddia edib. İsrail tərəfinin məlumatına görə, orada saxlanılan silahlar yaxın gələcəkdə İsrail qoşunlarına hücum üçün nəzərdə tutulub.