Çernobıl dəhşətləri bitmir - İndi də itlər mavi rəngə çevrildi / FOTO

11:00 - 30 Oktyabr 2025

Çernobıl dəhşətləri bitmir - İndi də itlər mavi rəngə çevrildi / FOTO

Çernobıl təcrid zonasında yaşayan itlərdə görünən sirli "mavi tük"lər tədqiqatçıları təəccübləndirib. Könüllülər kimyəvi çirklənmədən şübhələnsələr də, elm adamları heyvanların radiasiyaya qarşı dayanıqlılıq inkişaf etdirdiyini söyləyirlər.


Manset.az xarici mediaya istiandən xəbər verir ki, tədqiqatçılar Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında yaşayan bəzi itlərin mavi tüklü olduğunu aşkar edəndə təəccübləndilər.

İllərdir bölgədə heyvanlara qulluq edən “Dogs of Chernobyl” könüllülər qrupunun paylaşdığı videoda ən azı bir itin tamamilə mavi rəngə çevrildiyi görülüb.

Qrup "Keçən həftə mavi deyildilər. Səbəbini bilmirik, vəziyyəti anlamaq üçün onları tutmağa çalışırıq. Yəqin ki, bir növ kimyəvi maddə ilə təmasda olublar" - açıqlamasını verib.

Səlahiyyətlilər deyirlər ki, rəng dəyişikliyi qorxulu görünür, buna baxmayaraq itlər "aktiv və sağlamdır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az