Balıkəsirdə 20 il əvvəl quruyan və avqustun 10-da baş verən 6,1 bal gücündə zəlzələdən sonra əvvəlkindən daha bol axmağa başlayan Balıkəsirdə Sındırgı rayonundakı su mənbəyi yerli əhaliyə ümid verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Balıkəsirdə Sındırgı rayonunda uzun illər tərəvəz-meyvə bağlarına həyat verən və təxminən 20 il əvvəl quruyan su mənbəyi zəlzələdən sonra yenidən axmağa başlayıb və rayon sakinlərini sevindirib.
Rayonun Əməndərə məhəlləsindəki termal sahənin yuxarı sahilindən axan və uzun illər tərəvəz və meyvə bağlarının suvarılması üçün istifadə edilən bulaq təxminən 20 il əvvəl quruyub.
İsti axar su mənbələrinin yoxa çıxması rayonda tərəvəz və meyvələrin becərilməsinə də mənfi təsir göstərib.