Təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ - 18 şəhidin nəşi tapıldı 

14:00 - 12 Noyabr 2025

Təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ - 18 şəhidin nəşi tapıldı 

Türkiyənin qəzaya düşən təyyarəsinin qəza yerindən ilk görüntüləri ortaya çıxıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Naziri Geka Geladze qəza yerində etdiyi açıqlamada, 18 şəhidin cəsədinin tapıldığını, 2 şəhidin cəsədinin isə hələ axtarıldığını bildirib. Dünən Azərbaycan'dan Türkiyəyə gəlmək üçün havalanan C-130 tipli hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğramışdı.

Türkiyə Müdafiə Nazirliyi, təyyarənin düşdüyü ərazidə axtarış və xilasetmə işləri ilə yanaşı, təhqiqat qruplarının da fəaliyyətə başladığını açıqlayıb. Gürcüstan Daxili İşlər Naziri, gecədən etibarən Türkiyə rəsmilərinin də iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib. Həmçinin, 4 şəhidin təyyarənin pilot kabinəsində tapıldığı qeyd olunub.

Hadisənin səbəbləri ilə bağlı genişmiqyaslı istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az