Türkiyə musiqi sənətinin tanınmış siması Muazzez Abacı 78 yaşında, öz doğum günündə vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə məlumat Hürriyet-də yer alıb.
Bildirilib ki, sənətçi bir neçə gün əvvəl qəfil ürəktutması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Muazzez Abacı 1947-ci il noyabrın 12-də Ankarada doğulub. 1973-cü ildən sənətdədir. Karyerası boyunca çoxsaylı musiqi mükafatlarına layiq görülüb, Türkiyədə "Türk sənət musiqisinin kraliçası" kimi tanınıb.