Uzun bir aradan sonra İstanbulda konsert verməyə hazırlanan məşhur müğənni Tarkanın biletleri satışa çıxar-çıxmaz tükənib. Məlumatlara görə, bilet satış saytı çöküb və biletlər bir neçə dəqiqəyə tükənib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, satışa çıxarılan biletler yalnız 40 dəqiqə içərisində tükənib.
Konsert 4 gün davam edəcək və bilet satışının yapıldığı saytda sıxlıq yaranmaması üçün sıra nömrəsi tətbiq olunmağa başlanıb. Bir neçə dəqiqə içərisində 4 günlük bütün biletler satıldı və sayt mövcud günlər üçün bilet qalmadığını açıqladı.
Bilet qiymətlərinin 7.000 TL (təxminən 280 AZN) ilə 32.000 TL (təxminən 1284 AZN) arasında dəyişdiyi müşahidə edilib.