Diyarbakırın Ergani rayonunda küçə itlərinin hücumuna uğrayan 2 qardaşdan biri olan 17 yaşlı Suriyalı Hasan Ahmed, quduz diaqnozu ilə Şanlıurfadakı xəstəxanada müalicə altına alındıqdan sonra həyatını itirib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, Hasan Ahmedin ölümü öncəsi son görüntüləri yayımlandı. Görüntülərdə, bir tibb bacısının ona su vermək istədiyi zaman, Hasan Ahmedin qorxudan ağlamağa çalışaraq reaksiya göstərdiyi müşahidə edilib.
Hadisə, 9 sentyabr tarixində Ergani rayonunda baş verib. Suriya vətəndaşı olan iki qardaş, küçədə gəzişərkən başıboş itlərin hücumuna uğrayıb. Yaranan yaralarla Hasan Ahmed, Siverek Dövlət Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağırlaşan Ahmed, Harran Universiteti Tibb Fakültəsi Xəstəxanasına köçürülüb. Aparılan müayinələr nəticəsində, həm Hasan Ahmedə, həm də qardaşına quduz diaqnozu qoyulub. Bütün müdaxilələrə baxmayaraq, 12 oktyabrda Hasan Ahmed dünyasını dəyişib. Ahmedin qardaşının müalicəsi isə davam edir.

