Ağ Ev yaxınlığında ATIŞMA - İki ABŞ əsgəri həlak oldu

16:00 - 27 Noyabr 2025

Ağ Ev yaxınlığında ATIŞMA - İki ABŞ əsgəri həlak oldu

ABŞ Prezidenti Donald Trump, Vaşinqtonda iki Milli Qvardiya əsgərinin vurulduğu hücumu "terror hadisəsi" olaraq xarakterizə edərək, şübhəlilərin 2021-ci ildə Əfqanıstandan ABŞ-a gələn miqrant olduğunu açıqlayıb.


Manset.az dünya mediasına istinadən xəbər verir ki, Trump dünən Vaşinqtonda baş verən bu hücumla bağlı video mesajı yayımlayıb. O, iki Milli Qvardiya əsgərinin hədəf alındığı hücumu "dehşətli bir hücum" və "nefret dolu bir hərəkət" olaraq qiymətləndirib və bu hadisəni "terror hücumu" olaraq adlandırdıqlarını bildirib.

Prezident, hadisə ilə bağlı tutulmuş şübhəlinin 2021-ci ilin sentyabr ayında Əfqanıstandan ABŞ-a gələn bir miqrant olduğunu söyləyərək, Co Baydenin miqrasiya siyasətinin ABŞ üçün çox ciddi zərərlərə yol açdığını iddia edib.

Donald Trump, "Bu, bütün millətimizə və bəşəriyyətə qarşı işlənmiş bir cinayətdir. Bu gecə bütün amerikalıların ürəyi, Qərbi Virciniya Milli Qvardiyasının bu iki üzvü və onların ailələri ilədir" deyə vurğulayıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az