Astronomlar yer üzünə bənzər ölçüdə 355 gündə orbitini tamamlayan və ulduzunun "yaşanabilir zona"da yerləşməsi ehtimalı 50% olan yeni bir planet namizədini aşkar ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya, Böyük Britaniya, ABŞ və Danimarkadan olan astronomların tapdıqları yeni göy cismi, bəzı xüsusiyyətləri ilə Yer kürəsi ilə oxşar olması ilə diqqət çəkib.
Araşdırma qrupu ABŞ-ın Kosmik və Hava Fəaliyyətləri Agentliyinin (NASA) Kepler Kosmik Teleskopunun 2017-ci ildəki K2 missiyası zamanı topladığı məlumatlardan istifadə edərək, "HD 137010 b" adlı planet namizədini kəşf edib.
Bu cism, Günəşə bənzər bir ulduzun orbitində dövr edir və Yer kürəsindən yalnız 6% daha böyük olduğu müəyyən edilib. Astronomlar, planetin orbitini 355 gündə tamamladığını bildiriblər.
Tədqiqatçılar, bu planet namizədinin dövr etdiyi ulduzun "yaşanabilir zona"da yerləşmə ehtimalının 50% olduğunu vurğulayaraq, 146 işıq ili uzaqlıqdakı bu planetin teleskopla daha ətraflı müşahidə etmək üçün kifayət qədər yaxın olduğunu qeyd ediblər.