İspaniyada aparılan araşdırmada "üçlü kombinasiya müalicəsi" tətbiq edərək siçanlarda pankreas şişi müalicə edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Milli Xərçəng Araşdırma Mərkəzində (CNIO) aparılan tədqiqatda araşdırmaçılar sağ qalma ehtimalı ən aşağı olan xərçəng növlərindən biri olan pankreas xərçənginin müalicəsi üçün siçanlar üzərində təcrübə aparıblar.
Araşdırmaçılar "üçlü kombinasiya müalicəsi" istifadə edərək siçanlarda pankreas şişlərinin tamamilə məhv edilə bildiyini göstəriblər.
Bu tədqiqatın "Pankreas Duktal Adenokarsinomu" xərçəngi xəstələrinin sağ qalma ehtimalını artıracaq yeni kombinasiya müalicələrinin hazırlanmasının önünü açdığını qeyd edən tədqiqatçılar həmçinin bu tədqiqatın yeni klinik təcrübələrin inkişafı üçün bir yol açdığını vurğulayıblar.
Araşdırmaçılar təcrübə aparılan siçanların tətbiq olunan dərmanlara qarşı müqavimət göstərmədiyini də qeyd ediblər.
Digər tərəfdən bu tədqiqatın insan üzərindəki təsirlərini müəyyən etmək üçün klinik təcrübələrin aparılması lazım olduğu bildirilib.